Bu gün «Bakcell U-17 Liqası»nda 31ci turun oyunları olacaq.
Turun mərkəzi qarşılaşması «Bayıl Arena»da baş tutacaq.
"Qəbələ"nin çempionluğunu rəşmiləşdirməsindən sonra gümüş və bürüc medallara 3 komandanın– «Neftçi», «Səbail» və «Keşlə»nin şansı qalıb ki, onlardan da ikisi üz-üzə gələcəklər.
Qalib gələn tərəf böyük ölçüdə birinciliyin başa çatmasına 2 tur qalmış çempionatı əliboş başa vurmayacaq.
«Kəpəz» - «Xəzər Lənkəran» matçının başlama saatı, ümumiyyətlə, bu oyunun təxirə düşüb-düşməməsi barədə məlumat verilmir.
07 may (bazar ertəsi)
13:00 «Səbail» - «Keşlə»
(«Bayıl Arena»)
13:00 «Keşlə» - «Ağsu»
(«İnter Arena», 4-cü meydan)
14:00 «Neftçi» İK İB – «Zirə»
(Lökbatan OİK-nin meydanı)
14:00 «Mil Muğan» - «Qarabağ»
(İmişli şəhər stadionu)
14:00 «Qəbələ» - «Sumqayıt»
(Qəbələ şəhər stadionu)
Cəza səbəbindən turu buraxacaq futbolçular: Əli Novruzov («Neftçi» İK İB), Nümbət Ələkbərov («Qarabağ»), Vüsal Ələsgərov («Neftçi»).

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi»), İbrahim Novruzov («Sumqayıt») – 25 qol, Xəlil Bəşirov («Səbail») – 24 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.
"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

