"Neftçi"nin "Səbail"ə, "Vətən"in "Zirə"yə yazığı gəlmədi

28 Aprel 2018 10:12 Layihə 880
"Neftçi"nin "Səbail"ə, "Vətən"in "Zirə"yə yazığı gəlmədi

Aprelin 27-də U-16 Liqasında 29-cu tura yekun vuruldu.

Turun son oyununda «Sumqayıt» «Keşlə»ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Qələbə sayəsində xallarının sayını 44-ə yüksəldən «Sumqayıt» eyni xal toplamış «Neftçi» və «Keşlə»yə çatdı. Bu 3 komandanın öz aralarında keçirdikləri oyunların nəticəsinə görə isə «Neftçi»ni geridə qoydu.

29-cu turun bütün nəticələri:

«Zirə» - «Vətən» 0:3

«Səbail» - «Neftçi» 0:5

«Qəbələ» - «Qarabağ» 3:1

«Turan» - «Kəpəz» 3:0

«Sumqayıt» - «Keşlə» 3:0.

Çempionatın başa çatmasına 4 tur qalmış «Qəbələ» çempionluğunu rəsmiləşdirdi. U-16 Liqasında 30-cu turun oyunları mayın 3-də keçiriləcək: «Qarabağ» - «Turan», «Vətən» - «Qəbələ», «Neftçi» - «Zirə», «İnter» - «Səbail», «Neftçi» İK İB – «Sumqayıt». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol.

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti