U-16 millimiz Antalyada Türkiyə ilə son oyununa çıxacaq

27 Aprel 2018 10:00 Layihə 814
U-16 millimiz Antalyada Türkiyə ilə son oyununa çıxacaq

Antalyada Beynəlxalq Hazırlıq Turnirində iştirak edən U-16 millimiz bu gün Türkiyənin 2003-cü il təvəllüdlü futbolçularından ibarət yığması ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə 17:00-da start götürəcək. Bundan 2 saat əvvəl isə Türkiyənin U-14 komandası Gürcüstanla qarşılaşacaq.

Buna kimi Azər Məmmədovun yetirmələri Türkiyənin U-14 komandası ilə 1:1 oynayıb, gürcülərə isə 1:2 hesabı ilə məğlub olublar.

Millimiz 2 turdan sonra 1 xalla 3-cü yerdədi. Türkiyə U-15 millisi 2 oyundan 6 toplayaraq vaxtından əvvəl turnirin qalibi adını qazanıb. Gürcülərin aktivində komandamızla oyunda əldə olunan 3 xal var.

Tükiyənin U-14 komandası isə yığmamızla eyni xal toplasa da, vurulan-buraxılan topların fərqinə görə sonuncudur.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti