Dünən U-16 Liqasında 29-cu turun 3 oyunu keçirilib.
Lider «Qəbələ» Qəbələdə «Qarabağ»ı məğlub edərək birinciliyin başa çatmasınad 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Digər 2 oyunda «Neftçi» və «Turan» rəqiblərini böyük hesabla məğlub ediblər. Srağagün isə «Vətən» səfərdə «Zirə»ni 3 cavabsız qolla məğlub etmişdi.
Tura bu gün «Sumqayıt» - «Keşlə» matçı ilə yekun vurulacaq. Oyun «Kapitalbank Arena»da baş tutacaq və saat 14:00-da başlayacaq.
Meydan sahiblərindən Şahmar Abbaszadə və Murad Həsənli, qonaqlardan isə Şirin Şirinov cəza səbəbindən oyunda iştirak edə bilməyəcək.
«Səbail» - «Neftçi» 0:5
«Qəbələ» - «Qarabağ» 3:1
«Turan» - «Kəpəz» 3:0

Bombardir: Emil Quluzadə («Vətən») – 22 qol.
"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

