Dünən AFFA-nın inzibati binasında U-14 Liqasının final mərhələsinin püşkü atılıb.
Bu mərhələdə 6 komanda «Paytaxt» regionundan olmaqla ümumilikdə 16 komanda olimpiya sistemi üzrə mübarizə aparacaq.
1/8 final mərhələsinin ilk oyunları bu həftəsonu baş tutacaq. Artıq qalib komandaların 1/4 final mərhələsində hansı cütlərin qalibi ilə qarşılaşacağı da məlumdu. Oyunlar və nəticələri barədə mütəmadi məlumat verəcəyik.
Püşkatmanın nəticələri aşağıdakı kimidi
«Neftçi» (Bakı) – «Avey» (Ağstafa) / «Viləş» (Masallı) – «Qəbələ»
«Təhsil» UGİM (Sumqayıt) – UGİM (Saatlı) / UGİM (Mingəçevir) – «Mançester Yunayted» (Bakı)
«Keşlə» (Bakı) – «Zaqatala» / UGİM (Naxçıvan) – «Kəpəz» (Gəncə)
«Vətən» - UGİM (Bərdə) / «Ağsu» - «Qarabağ» (Ağdam).
"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

