U-16 Liqası: "Neftçi"dən ardıcıl 4-cü məğlubiyyət

20 Aprel 2018 09:24 Layihə 909
U-16 Liqası: "Neftçi"dən ardıcıl 4-cü məğlubiyyət

Dünən U-16 Liqasında 28-ci turun oyunları keçirildi.

Lider «Qəbələ» Gəncədə «Kəpəz» üzərində çətin qələbə qazandı.

Bu qələbə qəbələlilərin çempionluqlarını elan etməsi üçün yetərli idi. Əgər «Vətən»lə «Zirə» xal itirsəydi.

Amma bu, baş vermədi. Medallar uğrunda mübarizə aparan komandalardan hamısı meydanı 3 xalla tərk etdi. Yalnız «Neftçi»dən başqa. «Sumqayıt»a məğlubiyyət bakılıların ardıcıl 4-cü yenilgiləri oldu.

19 aprel (cümə axşamı)

«Neftçi» - «Sumqayıt» 0:2

«Keşlə» - «Neftçi» İK İB 1:0

«Vətən» - «Səbail» 5:0

«Kəpəz» - «Qəbələ» 0:1

«Qarabağ» - «Zirə» 0:2

Bombardir: Emil Quluzadə («Vətən») – 21 qol.

U-16 Liqasınja 29-cu turun oyunları aprelin 26-da keçiriləcək: «Sumqayıt» - «Keşlə», «Səbail» - «Neftçi», «Zirə» - «Vətən», «Qəbələ» - «Qarabağ», «Turan» - «Kəpəz». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti