U-16 millimiz: 1 gündə 2 yoxlama oyunu

19 Aprel 2018 08:24 Layihə 908
U-16 millimiz: 1 gündə 2 yoxlama oyunu

Hazırda təlim-məşq toplanışında olan U-16 millimiz «Dağla Arena»nın ehtiyat meydanında «Qarabağ»ın U-17 komandası ilə yoxlama oyunu keçirib.

Oyun «Qarabağ»ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizdən yeganə qolu Nihat Cəfərov vurub.

Bu, millimizin bu gün keçirdiyi sayca 2-ci yoxlama oyunu idi. Saat 11-də Bakı Olimpiya Stadionunun ehtiyat meydanında «Keşlə»nin U-17 komandası ilə qarşılaşan Azər Məmmədovun komandası 2 top fərqilə geridə olmasına baxmayaraq, əsasən 2002 və 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş rəqib komandanı 5:2 hesabı ilə məğlub etmişdi.

Millimizdən Həsən Seyfullayev (2 qol), Bəhruz Tanrıverdiyev, Nurəli Nurəliyev və Vaqif Həsənov fərqlənmişdilər.

U-16 millimizin Bakıdakı toplanışı aprelin 21-ə kimi davam edəcək. Həmin gün axşam saatlarında komandamız Türkiyədə keçiriləcək turnirdə iştirak etmək üçün qonşu ölkəyə yola düşəcək.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti