U-17 Liqası: "Səbail" üçün mərkəzi oyun "Bayıl Arena"da

16 Aprel 2018 10:48 Layihə 779
U-17 Liqası: "Səbail" üçün mərkəzi oyun "Bayıl Arena"da

Aprelin 16-da «Bakcell U-17 Liqası»nda 28-ci turun oyunları keçiriləcək.

Turun mərkəzi oyunu «Bayıl Arena»da baş tutacaq.

Burda medallar uğrunda mübarizə aparan «Səbail»lə «Keşlə» qarşılaşacaq. Tur çərçivəsində nəzərdə tutulan 6 oyunun başlama saatı və yeri aşağıdakı kimidir:

16 aprel (bazar ertəsi)

12:00 «Zirə» - «Sumqayıt»
(Aviasiya Akademiyasının stadionu)

12:00 «Xəzər Lənkəran» - «Neftçi» İK İB
(Lənkəran şəhər stadionu)

12:30 «Neftçi» - «Mil Muğan»
(Binə qəsəbə stadionu)

14:00 «Ağsu» - «Qəbələ»
(Ağsu şəhər stadionu)

14:00 «Səbail» - «Keşlə»
(«Bayıl Arena»)

15:30 «Qarabağ» - «Kəpəz»
(Binə qəsəbə stadionu),. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

Cəza səbəbindən turu buraxacaq futbolçular: Vüqar Quliyev («Neftçi»), Xəyal Muradov («Qəbələ»), Qədir Həsənov («Xəzər Lənkəran»)

Bombardirər: Xəyal Bədirov, Xəlil Bəşirov (hər ikisi «Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, Nicat Musayev («Neftçi») – 22 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti