Millimiz sabah Bosniyada sonuncu oyununa çıxacaq

14 Aprel 2018 11:48 Layihə 706
Millimiz sabah Bosniyada sonuncu oyununa çıxacaq

Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən U-17 millimiz dünən növbəti oyununu keçirib.

Xorvatiya yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.

Turnirin reqlamentinə əsasənb məşqçi Ramin Quliyev bu oyunda da bütün futbolçuların xidmətindən yararlanıb. Komandamız Xorvatiya ilə oyuna aşağıdakı heyətlə çıxıb:

Vüsal Şabanov (qapıçı), Abubakar İbrahimov, Nemət Musayev, Musa Qurbanlı (kapitan), Veysəl Rzayev, Valeh Qəhrəmanlı, İbrahim Novruzov, Samir Məhərrəmli, Samir Abdullayev, Rüfət Əhmədov, Nemət Şıxəmirov. Yığmamızdan Nika Baçaliaşvili, Emil Bayramov, Fərid Yusifli, Cəlal Cəbrayılov, Eldar Quliyev, Tuqay Əlizadə, Cavidan Abbaszadə, Fərid Muxtarov və digər qapıçımız Məhəmməd Əhmədov oyuna sonradan qoşulublar.

Maraq üçün qeyd edək ki, turnirdə bir çox yeniliklər var. Məsələn, adı protokola salınan bütün futbolçular oyunlarda iştirak etməlidirlər.

Yaxud, oyun heç-heçə başa çatarsa, qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilir və burada üstün olan tərəf 2, məğlub olan tərəf isə 1 xal qazanır.

2 turdan sonra aktivində 5 xal olan Makedoniya və Xorvatiya yığmaları liderdilər. Bosniya və Herseqovinanın 2 xalı var.

Xorvatiya ilə 1:1, Makedoniya ilə isə 0:0 oynayan meydan sahibləri hər iki rəqibinə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub. Təəssüf ki, baxımlı oyun sərgiləməsinə rəğmən yığmamız xalsızdı.

Makedoniya ilə ilk oyunda komandamız 0:2 hesabı ilə məğlub olmuşdu. Sabah U-17 millimiz sonuncu oyununa çıxıcıq. Rəqib meydan sahibləri olacaq. Komandamızın sonuncu yerdən qurtulması üçün bu oyunda qalib gəlməsi mütləqdi.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti