U-15 Liqası: "Qarabağ" - "Neftçi" qarşılaşmasının marağı

14 Aprel 2018 10:00 Layihə 792
U-15 Liqası: "Qarabağ" - "Neftçi" qarşılaşmasının marağı

Bu gün və sabah “Boulevard U-15 Liqası"nda 25-ci turun oyunları keçiriləcək.

Nəzərdə tutulan 7 qarşılaşmadan 6-ı ilk oyunun gününə təyin olunub, yalnız 1 oyun – «Turan» – İsgəndər Cavadov BFA matçı bazar günü baş tutacaq.

Bu turda diqqətlər daha çox iki oyuna üönələcək. Şübhəsiz, turun ən maraqlı matçı «Neftçi Baza»da baş tutacaq. 2-ci pillənin sahibi, çempionluğa iddialı «Vətən» bürünc medalı hədəfləyən «Keşlə»ni qəbul edəcək.

Bu oyundan 2 saat sonra başlayacaq «Qarabağ» - «Neftçi» qarşılaşmasının da kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

Çünki bu iki komanda da 3-cü yer uğrunda mübarizə aparır və məğlub olan tərəf medal şansını demək olar ki, itirəcək.

14 aprel (şənbə)

13:00 «Vətən» - «Keşlə»

(«Neftçi Baza»)

14:00 «Səbail» - «Kəpəz»

(«Bayıl Arena»)

14:00 «Sumqayıt» - «Zirə»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Qəbələ» - «Neftçi» İK İB

(Qəbələ şəhər stadionu)

15:00 «Qarabağ» - «Neftçi»

(«Sərhədçi» OİK-nin meydanı)

16:00 «Viləş» - İOEUGİM

(Masallı şəhəri, A.Banişevski adına stadion)

15 aprel (bazar)

16:00 «Turan» - İsgəndər Cavadov BFA

(Tovuz şəhər stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Mirzəbəy Şaxbazov («Zirə»), Rəvan Əkbərov («Neftçi» İK İB), Orxan Rüstəmov («Kəpəz»).

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti