U-16 Liqası: "Neftçi"dən gözlənilməz məğlubiyyət

13 Aprel 2018 10:00 Layihə 825
U-16 Liqası: "Neftçi"dən gözlənilməz məğlubiyyət

Dünən U-16 Liqasında 27-cı turun oyunları keçirilib.

«Keşlə» istirahət etdiyi oyun həftəsində medallar uğrunda mübarizə aparan komandalardan yalnız biri – «Neftçi» məğlub olub.

Digər oyunlarda qeydə alınan nəticələrdən ən çox diqqət çəkəni «Qəbələ» - «Turan» matçında qeydə alınıb. Lider Tovuz komandasını darmadağın edib.

«Neftçi» İK İB – «Neftçi» 1:0

«Səbail» - «Qarabağ» 0:2

«Zirə» - «Kəpəz» 4:1

«Sumqayıt» - «Vətən» 2:3

«Qəbələ» - «Turan» 7:1

U-16 Liqasında 28-ci turun oyunları aprelin 19-da keçiriləcək: «Kəpəz» - «Qəbələ», «Qarabağ» - «Zirə», «Vətən» - «Səbail», «Neftçi» - «Sumqayıt», «Keşlə» - «Neftçi» İK İB. Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Emil Quluzadə («Vətən») – 18 qol, Fərid Xasıyev («Turan») – 16 qol.

Qeyd: Oyunların protokollarını əldə edə bilmədiyimiz üçün bombardirlər yarışında bu turun nəticələri nəzərə alınmayıb.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti