U-16 Liqası: 10 futbolçu oyunlara buraxılmayacaq

12 Aprel 2018 10:00 Layihə 659
U-16 Liqası: 10 futbolçu oyunlara buraxılmayacaq

Bu gün U-16 Liqasında 27-cı turun nəzərdə tutulan 5 oyunu keçiriləcək.

Bu tur «Keşlə» istirahət edəcək. Oyunların başlama saatı və keçiriləcəyi məkanlar aşağıdakı kimidir:

12 aprel (cümə axşamı)
12:00 «Neftçi» İK İB – «Neftçi»
(Lökbatan OİK-nin stadionu)

13:00 «Səbail» - «Qarabağ»
(«Bayıl Arena»)

13:00 «Zirə» - «Kəpəz»
(Aviasiya Akademiyasının stadionu)

14:00 «Sumqayıt» - «Vətən»
(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Qəbələ» - «Turan»
(Qəbələ şəhər stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə, Elçin Abbasov (hər ikisi «Sumqayıt»), Rauf Məhərrəmov («Qəbələ»), Mirvahid Mustafazadə, Ağamalı İmamverdiyev («Neftçi» İK İB), Məzahir Məmmədzadə («Qarabağ»), Murad Allahverdiyev, İlahi Quliyev, Samir Qasımov (hamısı «Zirə»).

Bombardirlər: Emil Quluzadə («Vətən») – 18 qol, Fərid Xasıyev («Turan») – 16 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti