Millilərimiz üz-üzə gəldi və... "Balacalar" "böyüklər"in üzünə ağ oldu - FOTO

5 Aprel 2018 18:24 Layihə 851
Millilərimiz üz-üzə gəldi və...  "Balacalar" "böyüklər"in üzünə ağ oldu - FOTO

Hazırda təlim-məşq toplanışında olan U-17 və U-16 millilərimiz bu gün yoxlama oyununda qüvvələrini sınayıblar.

Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşmada "balacalar" 2:1 hesabı ilə qalib gəliblər.

Oyunda hesab 1-ci hissədə açılıb. "Vətən"li Fərrux Fərzəliyev fərqlənib. Fasilədən sonra isə tərəflər hərəyə 1 qol vurublar. Əvvəlcə U-17 millimizin üzvü Nemət Musayev hesabı bərabərləşdirib.

Matçın son dəqiqələrində isə "Qəbələ"nin hücumçusu Kamal Kazımov U-16 millimizə qələbə gətirən qolu vurub.

Bu, U-16 millimizin bu gün keçirdiyi 2-ci yoxlama oyunu idi. Saat 11-də Bakı Olimpiya Stadionunun yardımçı meydanında "Səbail"in U-17 komandası ilə oyunda Azər Məmmədovun komandası 0:1 hesabı ilə məğlub olmuşdu.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti