U-16 Liqası: Mərkəzi oyun "Neftçi" ilə "Keşlə" arasında olacaq

5 Aprel 2018 10:48 Layihə 816
U-16 Liqası: Mərkəzi oyun "Neftçi" ilə "Keşlə" arasında olacaq

Aprelin 5-də U-16 Liqasında 26-cı turun oyunları keçiriləcək.

Lider «Qəbələ»nin istirahət etdiyi turda mərkəzi oyun Binə qəsəbə stadionunda keçiriləcək.

Turnir cədvəlində 2-ci pillənin sahibi «Neftçi» 5-ci mövqedə qərarlaşmış «Keşlə»ni qəbul edəcək. 26-cı turun təqvimi aşağıdakı kimidir:

13:00 «Vətən» - «Neftçi» İK İB

(«Neftçi Baza»)

13:00 «Neftçi» - «Keşlə»

(Binə qəsəbə stadionu)

15:00 «Turan» - «Zirə»

(Tovuz şəhər stadionu)

15:00 «Kəpəz» - «Səbail»

(Gəncə şəhəri, TİM-nin meydanı)

16:00 «Qarabağ» - «Sumqayıt»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə («Sumqayıt»), Rüstəm Rüstəmov («Zirə»).

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti