U-17 Liqası: Heç kimin "Xəzər Lənkəran"la "Mil"ə yazığı gəlmir

3 Aprel 2018 13:12 Layihə 926
U-17 Liqası: Heç kimin "Xəzər Lənkəran"la "Mil"ə yazığı gəlmir

Aprelin 2-də «Bakcell U-17 Liqası»nda 26-cı turun oyunları keçirilib.

Paytaxtda baş tutan 4 oyunun 2-də gözlənilməz nəticə qeydə alınıb.

Əyalətlərdə keçirilən 2 oyunda isə matçın favoritləri böyük hesablı qələbəyə seviniblər:

«Xəzər Lənkəran» - «Qəbələ» 0:3
Qollar: Taleh Hacızadə, 8; Hüseyn Mürsəlov, 80, 83.

«Keşlə» - «Neftçi» İK İB 2:2
Qollar: Uğur Cahangirov, 10; Samir Abdullayev, 25 – İlham Əsədov, 29, 37.

«Zirə» - «Kəpəz» 1:0
Qol: Allahyar İsgəndərov, 44

.

"Səbail" – "Mil Muğan" 9:0
«Ağsu» - «Qarabağ» 0:5

«Səbail» - «Mil Muğan» matçında qollardan 5-i Xəyal Bədirlinin aktivindədi. Xəyaldan savayı «Səbail»dən Elşad Tağıyev, Aydın Ağazadə və Nazim Məmmədzadə fərqləniblər. Daha bir qol avtoqol olub. Təəssüf ki, bu oyunla yanaşı «Ağsu» - «Qarabağ» matçının da protokolunu əldə edə bilmədiyimiz üçün məlumatları tam təqdim edə bilmirik.

«Neftçi» - «Sumqayıt» 1:1
Qollar: Vüsal Əsgərov, 45 – İbrahim Novruzov, 22.

Bombardirər: Nicat Musayev («Neftçi»), İbrahim Camalov («Qəbələ») – 21 qol.

U-17 Liqasında 27-ci turun oyunları aprelin 9-da keçiriləcək: «Kəpəz» - «Keşlə», «Neftçi» İK İB – «Səbail», «Mil Muğan» - «Xəzər Lənkəran», «Qəbələ» - «Neftçi», «Sumqayıt» - «Ağsu», «Qarabağ» - «Zirə».
Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti