U-15 Liqası: Külək Azərbaycanda 3 oyunu "uçurtdu"

31 Mart 2018 00:20 Layihə 901
U-15 Liqası: Külək Azərbaycanda 3 oyunu "uçurtdu"

Martın 30-da “Boulevard U-15 Liqası"nda 23-cü tur start götürdü.

Turun açılış matçında «Viləş» Masallıda, Anatoli Banişevski adına stadionda İsgəndər Cavadov BFA-nı qəbul etdi.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə qolu 6-cı dəqiqədə Samir Əliyevdən ötürmə alan Tosif İbişov vurdu.

U-15 Liqasında şənbə günü keçirilməli olan 4 oyundan 3-ü qeyri-sabit hava şəraitinə görə təxirə düşüb. «Vətən» - «Zirə», «Səbail» - «Keşlə» və «Qarabağ» - «Kəpəz» matçları qeyri-müəyyən vaxta təxirə salınıb. «Qəbələ» - İOEUGİM matçı isə bazar gününə təyin edilib.

Bazar günü keçirilməsi nəzərdə tutulan oyunları da «təxir təhlükəsi» gözləyir. Əlbəttə, qeyri-sabit hava şəraiti bazar günü də davam etsə.

1 aprel (bazar)
14:00 «Qəbələ» - İOEUGİM
(Qəbələ şəhər stadionu)

15:00 «Qarabağ» - «Kəpəz»
(«Sərhədçi OİK-nin meydanı»)

14:00 «Turan» - «Zaqatala»
(Tovuz şəhər stadionu)

15:00 «Neftçi» - «Neftçi» İK İB
(Binə qəsəbə stadionu)

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 24 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti