U-15 Liqası: Tur təxirə düşməsə yaxşıdı

30 Mart 2018 11:36 Layihə 1 111
U-15 Liqası: Tur təxirə düşməsə yaxşıdı

Bu gün «Viləş» - İsgəndər Cavadov BFA matçı ilə “Boulevard U-15 Liqası"nda 23-cü tur start götürəcək.

Bu liqada oyunlar adətən həftəsonu keçirilir.

Lakin qonaqların təklifi ilə oyunun keçirilmə vaxtı 1 gün əvvələ çəkilib. Turun digər 6 qarşılaşmasından 4-ü şənbə, 2-i isə bazar gününə təyin olunub. Təbii ki, əgər hava şəraiti ilə bağlı təxirə düşməsə.

Həftənin mərkəzi görüşü «Neftçi Baza»da olacaq. İlk «üçlük»də qərarlaşan 2 komandanın oyunu maraqlı mübarizə vəd edir.

Eyni zamanda «Səbail» - «Keşlə» və «Qarabağ» - «Kəpəz» matçları da tərəflər üçün xüsusi əhəmiyyət daşıyır.

30 mart (cümə)
15:00 «Viləş» - İsgəndər Cavadov BFA
(Masallı şəhəri, Anatoli Banişevski adına stadion)

31 mart (şənbə)
13:00 «Vətən» - «Zirə»
(«Neftçi Baza»)
13:00 «Səbail» - «Keşlə»
(«Bayıl Arena»)
14:00 «Qəbələ» - İOEUGİM
(Qəbələ şəhər stadionu)
15:00 «Qarabağ» - «Kəpəz»
(«Sərhədçi OİK-nin meydanı»)

1 aprel (bazar)
14:00 «Turan» - «Zaqatala»
(Tovuz şəhər stadionu)
15:00 «Neftçi» - «Neftçi» İK İB
(Binə qəsəbə stadionu)

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 24 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti