U-16 Liqası: Mərkəzi oyunda “Vətən” “Neftçi"yə qalib gəldi

16 Mart 2018 09:12 Layihə 721
U-16 Liqası: Mərkəzi oyunda “Vətən” “Neftçi"yə qalib gəldi

Dünən U-16 Liqasında 24-cü turun oyunları keçirildi.

“Zirə"nin istirahət etdiyi turun mərkəzi oyunu “Neftçi Baza"da baş tutdu.

2-ci pillənin sahibi “Neftçi" 4-cü yerdəki “Vətən"in qonağı oldu. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara 3 qol vuruldu.

U-16 Liqası, 24-cü tur: “Vətən" - “Neftçi" 2:1, “Qəbələ" - “Səbail" 3:0, “Turan" - “Sumqayıt" 1:3, “Kəpəz" - “Neftçi" İK İB 0:2, “Qarabağ" - “Keşlə" 1:1.

U-16 Liqasında 25-ci turun oyunları martın 29-da keçiriləcək: “Keşlə" - “Vətən", “Neftçi" İK İB - “Qarabağ", “Sumqayıt" - “Kəpəz", “Səbail" - “Turan", “Zirə" - “Qəbələ". Oyunların başlama vaxtı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti