U-17 Liqası: Mərkəzi oyun "İnter Arena"da olacaq

12 Mart 2018 10:00 Layihə 747
U-17 Liqası: Mərkəzi oyun "İnter Arena"da olacaq

Bu gün «Bakcell U-17 Liqası»nda 24-cü turun oyunları keçiriləcək.

Turun mərkəzi oyununda lider «Qəbələ» «İnter Arena»nın 4-cü meydanında 2-ci pillənin sahibi «Keşlə»nin qonağı olacaq.

Bu komandalar arasında 14 xal fərqin olmasına baxmayaraq, birinciliyin ən güclü komandalarından olan «Keşlə» və «Qəbələ»nin oyununun kifayət qədər maraqlı keçəcəyi gözlənilir. 24-cü tur çərçivəsində keçiriləcək oyunları nəzərinizə çatdırırıq:

12 mart (bazar ertəsi):

13:00 «Səbail» - «Sumqayıt»

(«Bayıl Arena»)

13:00 «Keşlə» - «Qəbələ»

(«İnter Arena»)

14:00 «Xəzər Lənkəran» - «Qarabağ»

(Lənkəran şəhər stadionu)

14:00 «Ağsu» - «Kəpəz»

(Ağsu şəhər stadionu)

14:00 «Neftçi» İK İB – «Mil Muğan»

(Lökbatan OİK-nin stadionu)

15:00 «Neftçi» - «Zirə»

(Binə qəsəbə stadionu)

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti