U-17 Liqası: "Səbail" "Neftçi"yə çatdı

3 Mart 2018 10:00 Layihə 639
U-17 Liqası: "Səbail" "Neftçi"yə çatdı

Dünən «Bakcell U-17 Liqası»nda 18-ci turdan təxirə düşmüş «Kəpəz» - «Səbail» oyunu keçirilib.

Gəncə şəhəri Təhsil İdman Məktəbinin bərbad durumda olan meydanında baş tutan oyunda «Səbail» 2:1 hesabı ilə qalib gəlib.

Bununla da Fizuli Məmmədovun komandası xal ehtiyatını 42-ə yüksəldərək «Neftçi»yə çatıb. Bu komandalar arasında 1 və 2-ci dövrədə keçirilən oyunlarda «Neftçi»nin üstün tərəf olması (3:1, 2:2) onları 4-cü pillədə saxlayıb. «Səbail» isə 5-ci yerdədir.

Artıq, U-17 Liqasında 23-cü turun təqvimi məlumdur. Bazar ertəsi baş tutacaq 3-cü dövrənin ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaqlar:

12:00 «Qəbələ» - «Neftçi» İK İB

(Qəbələ şəhər stadionu)

13:00 «Zirə» - «Xəzər Lənkəran»

(Aviasiya Akademiyasının stadionu)

14:00 «Sumqayıt» - «Keşlə»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Kəpəz» - «Mil Muğan»

(Gəncə şəhəri, TİM-nin meydanı)

14:00 «Ağsu» - «Neftçi»

(Ağsu şəhər stadionu)

15:00 «Qarabağ» - «Səbail»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Abbas Abbasov, Nihad Qurbanlı (hər ikisi «Neftçi»), Ruslan Adalov, Pərviz Məmmədov, Ramin Əhmədov (hamısı «Zirə»).

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti