U-17 Liqası: Xocalı şəhidləri yad ediləcək

26 Fevral 2018 10:00 Layihə 687
U-17 Liqası: Xocalı şəhidləri yad ediləcək

Bu gün «Bakcell U-17 Liqası»nda 22-ci turun oyunları keçiriləcək.

Bütün oyunlardan əvvəl 26 Fevral Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq, həmçinin futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar.

22-ci turda keçiriləcək 6 oyun arasında ən çox maraq doğuranı «İnter Arena»da baş tutacaq. 3-cü pillədə qərarlaşan «Keşlə» özündən 3 xal irəlidə olan 2-ci yerin sahibi «Qarabağ»ı qəbul edəcək.

Digər matçlardan «Səbail» - «Zirə» oyunu da qeyd etmək lazımdır. Medallara iddialı 2 komandanın mübarizəsi də böyük maraq kəsb edir. Oyunların başlama saatı və keçiriləcəyi stadionlar aşağıdakı kimidir:

13:00 «Səbail» - «Zirə»

(«Bayıl Arena»)

13:00 «Keşlə» - «Qarabağ»

(«İnter Arena»)

14:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

14:00 «Xəzər Lənkəran» - «Ağsu»

(Lənkəran şəhər stadionu)

14:00 «Neftçi» İK İB – «Sumqayıt»

(Lökbatan OİK-nin meydanı)

14:00 «Mil Muğan» - «Qəbələ»

(İmişli şəhər stadionu)

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti