U-16 Liqası: Mərkəzi oyun Binədə - "Qarabağ"la "Kəpəz" üz-üzə

15 Fevral 2018 10:00 Layihə 709
U-16 Liqası: Mərkəzi oyun Binədə - "Qarabağ"la "Kəpəz" üz-üzə

Bu gün U-16 Liqasında 20-ci turun oyunları keçiriləcək.

Binə qəsəbə stadionunda baş tutacaq «Neftçi» - «Qəbələ» matçı turun ən çox maraq doğuran qarşılaşmasıdır. 3-cü pillənin sahibi ilə liderin «çəkişməsi»nin kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

«Keşlə» - «Zirə» və «Qarabağ» - «Kəpəz» matçları haqqında da eyni sözləri demək lazımdır. Digər 2 oyunda «Vətən»in «Turan» qarşısında hansısa çətinlik çəkəcəyi inandırıcı deyil.

«Neftçi» İK İB – «Səbail» matçında isə üstün tərəf kimi meydan sahibləri görünürlər. Yeri gəlmişkən, 11 komandanın mübarizə apardığı U-16 Liqasında bu tur «Sumqayıt» istirahət edir.

15 fevral (cümə axşamı)

12:30 «Neftçi» - «Qəbələ» (Binə qəsəbə stadionu)

13:00 «Keşlə» - «Zirə» («İnter Arena», 4-cü meydan)

14:00 «Neftçi» İK İB – «Səbail» (Lökbatan OİK-nin stadionu)

14:00 «Vətən» - «Turan» («Neftçi Baza»)

15:00 «Qarabağ» - «Kəpəz» (Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Fərid Qasımov («Qarabağ»), Fərid Muxtarov («Keşlə»), Mahir Həsənov («Neftçi»), Mirvahid Mustafazadə («Neftçi» İK İB).

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti