U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?

8 Fevral 2018 00:30 Layihə 680
U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?

Bu gün U-16 Liqasında 19-cu turun oyunları keçiriləcək.

«Qəbələ» - «Vətən» matçı təxirə salınıb.

Səbəb «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasıdı.

Qarşılaşma təqvimdə nəzərdə tutulan boş günlərdən birinə təyin olunacaq. Bu barədə əlavə məlumat verəcəyik.

«Kəpəz»in buraxacağı bu turda digər 4 oyunun keçirilməsində hansısa problem yoxdur. Bu oyunlardan ən çox maraq doğuranı «Zirə» - «Neftçi» matçıdı.

Turnir cədvəlində 2-3-cü yerdə qərarlaşan komandaların qarşılaşmasını turun mərkəzi oyunu da adlandırmaq olar.

08 fevral (cümə axşamı)

12:00 «Zirə» - «Neftçi» (Aviasiya Akademiyasının stadionu)

13:00 «Səbail» - «Keşlə» («Bayıl Arena»)

14:00 «Turan» - «Qarabağ» (Tovuz şəhər stadionu)

14:00 «Sumqayıt» - «Neftçi» İK İB (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti