Bu gün U-16 Liqasında 10-cu turun 3 oyunu keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, turda keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Turan” və “Keşlə” – “Qəbələ” oyunları “Neftçi” və “Qəbələ”nin bir neçə futbolçusunun 16 yaşlılardan ibarət millinin düşərgəsində olması səbəsindən təxirə salınıb.

Digər 3 görüşdə aşağıdakı nəticələr qeydə alınıb: "Vətən" - "Kəpəz" 6:0,"Neftçi" İK İB - "Zirə" 1:1, "Sumqayıt" - "Səbail" 2:0.
U-16 Liqasında 11-ci turun oyunları noyabrın 23-də keçiriləcək: "Zirə" - "Sumqayıt", "Qəbələ" - "Neftçi" İK İB, "Turan" - "Keşlə", "Kəpəz" - "Neftçi", "Qarabağ" - "Vətən"..
Sportinfo
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


