LAYİHƏ: Millimizdən böyükhesablı qələbə

16 Noyabr 2017 23:26 Layihə 799
LAYİHƏ: Millimizdən böyükhesablı qələbə

Hazırda təlim-məşq toplanışında olan U-16 millimiz bu gün yoxlama oyunu keçirib. Bakıxanov qəsəbə stadionunda “Keşlə”nin U-17 komandası ilə qarşılaşan yığma 4:0 hesabıyla qalib gəlib.

Oyunda hesabı 23-cü dəqiqədə “Zirə”li Samir Qasımov açıb. Ilk hissə elə bu hesabla başa çatıb. Ikinci yarıda da daha üstün oyun nümayiş etdirən milli 55-ci dəqiqədə İsveçin “Sanedalens” klubundan dəvət olunan Ayxan Cabbarovun vurduğu qolla hesabı 2:0-a çatdırıb.

62 və 72-ci dəqiqələrdə isə “Qəbəli”nin yetirmələri fərqlənib. Əvvəlcə Veysəl Rzayev üçüncü qolu “Keşlə”nin qapısından keçirib. Yekun nəticəni isə onun həmklubu Samir Məhərrəmli müəyyən edib - 4:0

U-16-nın toplanışı noyabrın 18-də yekunlaşacaq. Həmin gün gecə saatlarında yığma Türkiyədə keçirilən turnirdə (AEGEAN Cup) iştirak etmək üçün qonşu ölkəyə yollanacaq.

Yığmamızın sözügedən yarışda çıxışı barədə oxucularımıza mütəmadi məlumat verəcəyik.

Sonda qeyd edək ki, AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, yığmamızın düşərgəsinə daha bir futbolçu qoşulub. Bu, Moskvanın “Torpedo” klubunda çıxış edən Asif Mirzoyevdi.

SPORTİNFO.AZ

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO