LAYİHƏ: Qonşu qonşu olsa…

3 Noyabr 2017 08:24 Layihə 564
LAYİHƏ: Qonşu qonşu olsa…

Dünən U-16 Liqasıda 8-ci turun oyunları keçirilib. Tur gərginliyi ilə yadda qalıb. Belə ki, keçirilən 5 görüşün 1-də heç-heçə qeydə alınıb. Qalan oyunlarda tərəflərdən biri cəmi 1 top üstünlüyü ilə qalib gəliblər.

Turun mərkəzi oyunu hesab olunan 2 qarşılaşmadan biri «Neftçi Baza»da keçirilib. 3-cü pillədə qərarlaşmış «Vətən» lider «Qəbələ»ni qəbul edib. Qələbə sayəsində rəqiblə xallarını eyniləşdirmək imkanı olan «Vətən» bu fürsəti boşa verib.

Fərrrux İsmayılovun yetirmələri 1:2 hesabı ilə məğlub olublar. Səfər zəfəri sayəsində «Qəbələ» çempionatın vahid liderinə çevrilib. Çünki, buna kimi onunla eyni xala malik «Neftçi» turun digər mərkəzi qarşılaşması hesab olunan oyunda 4-cü pillədəki «Zirə»yə 0:1 hesabı ilə məğlub olub.

«İnter Arena»nın 4-cü meydanında «Keşlə» «Səbail»i qəbul edib. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Artıq, ilk hissənin ortasında Müşfiq Qəmbərovun yetirmələri rəqibi 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Vurulan qollardan sonra əsasən top saxlamağa üstünlük verən «Keşlə» hesabı sona kimi qoruya bilməsə də, qələbəni əldən verməyib. İndiyə kimi keçirdiyi bütün oyunlarda məğlub olan və cəmi 1 qol vuran «Səbail» əsas vaxta artırılmış əlavə dəqiqələrdə çempionat ərzində 2-ci qolunu vura bilib.

Eyni hesab «Neftçi» İK İB – «Sumqayıt» görüşündə də qeydə alınıb. Lökbatan Olimpiya İdman Kompleksinin süni örtüklü meydanında keçirilən qarşılaşmada da meydan sahiblərinin vurduqları 2 qola qonaqlar 1 qol ilə cavab veriblər.

Nəhayət, turun son oyunu Binə qəsəbə stadionunda baş tutub. Turnir cədvəlində qonşu olan «Qarabağ» və «Turan» münasibətlərinə aydınlıq gətiriblər. Oyundan əvvəl əksəriyyət Samir Musayevin məşqçisi olduğu «Qarabağ»ın qalib gələcəyini proqnozlaşdırsalar da, Elxan Abdiyevin «Turan»ı onların ümidlərini puç edib. «Qonşular»ın sülhlə ayrıldığı qarşılaşmada tərəflər hərəyə 1 qol vurublar – 1:1.

1. Qəbələ 7 6 1 0 19-6 19

2. Neftçi 7 5 1 1 15-6 16

3. Zirə 7 4 2 1 20-10 14

4. Vətən 7 4 1 2 16-8 13

5. İnter 7 3 1 3 15-14 10

5. Kəpəz 7 3 1 3 8-12 10

7. Neftçi İK İB 7 3 1 3 12-11 10

8. Qarabağ 8 2 2 4 9-19 8

9. Sumqayıt 8 1 4 3 7-10 7

10. Turan 7 1 2 4 15-18 5

11. Səbail 8 0 0 8 2-24 0

U-16 Liqasında 9-cu turun oyunları noyabrın 9-da olacaq. «Sumqayıt»ın «dincələcəyi» turda aşağıdakı oyunlar keçiriləcək: «Səbail» - «Neftçi» İK İB, «Zirə» - «İnter», «Qəbələ» - «Neftçi», «Turan» - «Vətən», «»Kəpəz» - «Qarabağ». Qarşılaşmaların başlama vaxtı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti