LAYİHƏ - "Qəbələ" "Qarabağ"ı məğlub etdi

30 Oktyabr 2017 23:55 Layihə 772
LAYİHƏ - "Qəbələ" "Qarabağ"ı məğlub etdi

«Bakcell U-17 Liqası»nda 8-ci turun oyunları keçirilib. Turun ən çox maraqla gözlənilən 2 qarşılaşmasından biri Qəbələ şəhər stadionunda keçirilib. Lider «Qəbələ» 4-cü pillədə qərarlaşan «Qarabağ»ı qəbul edib.

Qələbə sayəsində qonaqlar rəqiblə xallarının sayını eyniləşdirəcəkdilər. «Qəbələ»nin qələbə qazanacağı halda isə onlar əsas rəqiblərindən olan «Qarabağ»dan bir qədər də aralanacaqdılar.

Oyun 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu hesab komandaların səviyyə fərqini göstərməklə yanaşı «Qəbələ»nin çempionluğa əsas namizəd olmasını da göstərir.

Liderdən cəmi 1 xal geridə olan «Keşlə» turu qələbə ilə başa vurub. «İnter Arena»nın 4-cü meydanında keçirilən oyunda Mahir Əliyevin yetirmələri güclü «Neftçi»dən üstün olublar 4:2.

Turun sensasiyası Gəncədə qeydə alınıb. «Gəpəz» gözlənilmədən «Sumqayıt»a məğlub olub. Yenilmələrinə baxmayaraq, gəncəlilər 3-cü yerdəki mövqelərində qalıblar. «Sımqayıt» isə qələbə sayəsində xallarının sayını 12-ə çatdıraraq 1 pillə irəliləyib.

Digər 3 oyunda gözdən qaçmayan əsas məqam «Zirə»nin qələbəsidir. Qəsəbəlilər «Mil-Muğan»ın qapısını top atəşinə tutublar – 9:0. Maraq üçün qeyd edək ki, İmişli təmsilçisi keçirdiyi 8 oyunun hamısında məğlub olub.

«Neftçi» İK İB – «Ağsu» görüşündə də qol sarıdan bolluq olub. Meydan sahibləri 5:2 hesabı ilə qalib gəliblər.

Nəhayət, «Səbail» «Xəzər Lənkəran»ı minimal hesabla məğlub edərək çempionatda 4-cü qələbəsini qazanıb.

1. Qəbələ 8 6 2 0 37-8 20

2. Keşlə 8 6 1 1 21-9 19

3. Kəpəz 8 5 0 3 15-12 15

4. Qarabağ 8 4 2 2 21-13 14

5. Səbail 8 4 1 3 22-12 13

6. Zirə 8 3 3 2 27-7 12

7. Sumqayıt 8 3 3 2 10-7 12

8. Neftçi 8 3 3 2 25-16 12

9. Neftçi İK İB 8 3 1 4 14-19 10

10. Xəzər Lənkəran 8 1 2 5 7-23 5

11. Ağsu 8 1 0 7 14-50 3

12. Mil-Muğan 8 0 0 8 9-46 0

Bombardirlər: Nicat Musayev («Neftçi»)-14 qol, İbrahim Camalov («Qəbələ»)-8 qol, Xəyal Bədirov («Səbail»)-8 qol.

9-cu turun oyunları noyabrın 6-da keçiriləcək: «Xəzər Lənkəran» - «Kəpəz», «Neftçi» - «Səbail», «Ağsu» - «İnter», «Zirə» - «Neftçi» İK İB, «Qarabağ» - «Mil-Muğan», «Sumqayıt» - «Qəbələ». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat veriləcək.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti