U-16 Liqasında 8-ci turun təqvimi bəlli olub. Cəmi 11 komandanın iştirak etdiyi bu liqada turun bütün oyunları noyabrın 2-də keçiriləcək.
«Kəpəz»in istirahət etdiyi turda 2 mərkəzi qarşılaşma olacaq. «Neftçi Baza»da 3-cü yerin sahibi «Vətən» lider «Qəbələ»ni qəbul edəcək. Bu komandalar arasında xal fərqinin cəmi 3 olduğunu nəzərə alsaq, oyunun böyük əhəmiyyət daşıdığını deyə bilərik. Liderlə eyni xala malik «Neftçi» isə Binə qəsəbə stadionunda 4-cü pillədə qərarlaşan «Zirə»ni qəbul edəcək. Hər iki oyun 13:00-da başlayacaq.
Həmin vaxt daha bir oyunda start fiti veriləcək. «İnter Arena»nın 4-cü meydanında «Keşlə» xalsız qalan «Səbail»i sınağa çəkəcək.
Digər iki oyuna gəlincə, «Neftçi» İK İB Lökbatan OİK-nin stadionunda «Sumqayıt»ı, «Qarabağ» isə Binə qəsəbə stadionunda isə «Turan»ı qəbul edəcək. Birinci oyun 14:00-da, ikinci oyun isə bundan 1 saat sonra başlayacaq.
1. Qəbələ 6 5 1 0 17-5 16
2. Neftçi 6 5 1 0 15-5 16
3. Vətən 6 4 1 1 15-6 13
4. Zirə 6 3 2 1 19-10 11
5. Kəpəz 7 3 1 3 8-12 10
6. İnter 6 2 1 3 13-13 7
7. Neftçi İK İB 6 2 1 3 10-10 7
8. Sumqayıt 7 1 4 2 6-8 7
9. Qarabağ 7 2 1 4 8-18 7
10. Turan 6 1 1 4 14-17 4
11. Səbail 7 0 0 7 1-22 0
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


