Sabah "Bakcell U-17 Liqası"nda 8-ci turun oyunları keçiriləcək. Turun ən çox maraq doğuran və eyni zamanda mərkəzi qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək.
Birinciliyin lideri "Qəbələ" 4-cü yerdə qərarlaşan "Qarabağ"ı qəbul edicək. Qonaqlar qələbə sayəsində rəqiblə xallarının sayını bərabərləşdirəcəklər. Bu, eyni zamanda "Keşlə"nin və "Kəpəz"in işinə yaraya bilər.
Ötən tur liderliyi əldən verən "Keşlə" "Neftçi"ni məğlub edəcəyi halda yeridən 1-ci yerə sahib çıxa bilər. Pusquda dayanan "Kəpəz" isə əsas rəqiblərinin xal itkisini gözləməklə yanaşı, "Sumqayıt"ı devirməyə çalışacaq. Turun oyunlarının başlama saatı və keçiriləcəyi yerlər aşağıdakı kimidir:
13:00. "Keşlə" - "Neftçi" ("İnter Arena", 4-cü meydan)
13:00. "Səbail" - "Xəzər Lənkəran" ("Dalğa Arena")
14:00. "Mil-Muğan" - "Zirə" (İmişli şəhər stadionu)
14:00. "Neftçi" İK İB – "Ağsu" (Lökbatan OİK)
14:00. "Kəpəz" - "Sumqayıt" (Gəncə TİM-nin stadionu)
14:00. "Qəbələ" - "Qarabağ" (Qəbələ şəhər stadionu)ğ
1. Qəbələ 7 5 2 0 33-7 17
2. Keşlə 7 5 1 1 17-7 16
3. Kəpəz 7 5 0 2 14-10 15
4. Qarabağ 7 4 2 1 20-9 14
5. Neftçi 7 3 3 1 23-12 12
6. Səbail 7 3 1 3 21-12 10
7. Zirə 7 2 3 2 18-7 9
8. Sumqayıt 7 2 3 2 8-6 9
9. Neftçi İK İB 7 2 1 4 9-17 7
10. Xəzər Lənkəran 7 1 2 4 7-22 5
11. Ağsu 7 1 0 6 12-45 3
12. Mil Muğan 7 0 0 7 9-37 0
Cəzalı futbolçular: Murad Məmmədov ("Sumqayıt"), Qədir Oruclu ("Xəzər Lənkəran").
sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

