Evdə bekar oturanlarla “mol”da gəzənlər üçün

1 Dekabr 2023 16:40 Köşə 1 823
Evdə bekar oturanlarla “mol”da gəzənlər üçün

Premyer Liqanın 14-cü turunda qol səsi çıxmayan oyun “Səbail” – “Kəpəz” qarşılaşması oldu.

Matçı izləməyən adam elə bilər ki, oyun sönük keçib, mübarizə yox dərəcəsində olub, qol epizodları yaşanmayıb.

Xeyr. Tam əksi idi. Hər iki komanda qələbə istəyinə çatmaq üçün meydanda can qoydu. Hər iki komandanın qapıçı və müdafiəçiləri sayıq davranmaqla tablodakı “0”ların dəyişməsinə imkan vermədi.

Toxunmaq istədiyimiz mövzu başqadır. Azarkeşlərin oyuna maraq göstərməməsi.

“ASCO Arena” kifayət qədər uyğun məkanda yerləşir. Təkcə Bayılda yaşayanlar üçün yox, şəhərin digər nöqtələrindən də gəlmək üçün kifayət qədər məsləhətli yerdədir. Avtobus dayanacağı ilə stadionu uzaqbaşı 200 metr məsafə ayırır.

Oyunun protokolunda azarkeş sayı 350 göstərilsə də, gözəyarı hesablamama görə say bundan da az idi. Niyə?

Məkan uyğun, matçın keçirilmə günü uyğun (şənbə), oyunun başlama saatı (14:00) hər kəs üçün, xüsusən də gənclər üçün uyğun.

Bəs, stadiona gəlməyə, maraqlı futbol sərgiləməyə nə mane olur, dostlar?

Evdə bekar oturmaq və ya “mol”da gəzmək əvəzinə stadiona gəlib futbol matçına baxmağın, idman ab-havasında olmağın faydası var ki, ziyanı yoxdur.

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"