Mənim soyuq yox, isti nifrətimin də şüalarını qəbul et, Utkin!

10 İyun 2021 14:20 Köşə 1 180
Mənim soyuq yox, isti nifrətimin də şüalarını qəbul et, Utkin!

Rusiyanın “MATÇ TV” telekanalının dığa şərhçisi Nobel Arustamyan Avropa çempionatının final mərhələsinin oyunlarına akkreditasiya ala bilməyib.

Çərə ala bilməyib, cəhənnəmə ala bilməyib.

Bəs bu dığanın akkreditasiya ala bilməməyinin bizə nə dəxli? Var. Məsələ ondadır ki, Arustamyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edib, ölkəmizin icazəsi olmadan Xankəndinə gedib, separatçıların “bulağı”ndan su içib.

Təbii ki, Azərbaycan da beynəlxalq qanunlara uyğun olaraq, bu dığanı “qara siyahı”ya salıb. Və UEFA da ona akkreditasiya verməyib. UEFA-nın bu qərarı separatçıların “anası” olan Rusiyanın Utkin adlı jurnalistini qəzəbləndirib. O, bunu “heyvani ədalətsizlik” adlandırıb.

Güman etmirəm ki, başqa ölkələrin ərazi bütövlüyünə hörmətsizliyə görə tətbiq edilən bu qərar “heyvani ədalətsizlik”dir. Mənə görə, ən iyrənc heyvani ədalətsizlik separatçılığa verilən dəstəkdir.

Necə ki, bunu illərdir Rusiya edir. Ukraynanın ərazisi işğal edilib – heyvani ədalətsizlikdir. Gürcüstanın ərazisi işğal edilib – heyvani ədalətsizlikdir.

Moldovada separatizmi “sulayır” Rusiya – heyvani ədalətsizlikdir. 30 il ərzində erməni separatçılarına da dəstək verdi, indi də verir Rusiya - ən iyrənc heyvani ədalətsizlikdir.

Maraqlıdır, Rusiyanın ərazi bütövlüyünə hörmət etməyən adama münasibəti necə olardı piyli donuzun – Utkinin?

Elə Rusiyanın münasibətindən fərqlənməzdi, yəqin ki. Rusiya onları ya yox edər, ya da, ən yaxşı halda həbsxanada çürüdər. Necə ki, müstəqillik halal haqqı olan bir milyon çeçeni gülləboran etdilər.

Onların içində minlərlə uşaq da vardı. Utkin, yəqin ki, bilirsən, Qafqaz heç vaxt Rusiya torpağı olmayıb. Çeçenlərin müstəqillik arzusuna qarşı silah niyə çəkdiniz?

Bir milyon insanı qırmağınız ən iyrənc heyvani ədalətsizlikdir deyildi? Hələ də Avropanın ayrı-ayrı ölkələrində yaşayan çeçenlərə qarşı terror etməkdədir

Rusiya. Və bu ölkənin jurnalisti Azərbaycandan tələb edir ki, onun ərazi bütövlüyünə qəsd edən erməniyə sayğı göstərsin. Ən iyrənc heyvani ədalətsizlikdir – piyli donuz ədalətsizliyi. Ədaləti öz maraqları çərçivəsində qavramaqdır.

Utkin, sən Allah, bir ətrafına bax, gör polyaklar sizə niyə nifrət edir. Bəs macarların, çexlərin, rumınların, slovakların nifrətini nə ilə izah edərdin? Az qala eyni dildə danışdığınız ukraynalılar sizdən niyə iyrənirlər? Belarus niyə bezib sizdən? Moldovalılar, gürcülər niyə sizə nifrət edirlər?

Ona görə ki, bütün qonşularınıza, hətta bütün dünyaya qarşı ən iyrənc heyvani ədalətsizlik göstəribsiniz həmişə - piyli donuz ədalətsizliyi.

Mənim soyuq yox, isti nifrətimin də şüalarını qəbul et, Utkin!

Natiq Muxtarlı

Xəbər Lenti