Yunis Hüseynov: "Hakim səhvləri qələbəmizin qarşısını aldı"

29 Noyabr 2020 17:00 Şamaxı 540
Yunis Hüseynov: "Hakim səhvləri qələbəmizin qarşısını aldı"

"Maraqlı oyun oldu, komandamız matça yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XI turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxxəssis bildirib ki, komandası ikinci hissədə azlıqda qalsa da, xarakter göstərib: "İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, "qırmızı" olacaq. Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı".

Hüseynov Alvaro Tavares və Artur Batistanın göndərilməsinin səbəbini açıqlayıb: "Hər iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və getdilər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!