Beş qat dünya çempionunu mundialdan kənarlaşdırdılar - VİDEO

Beş qat dünya çempionunu mundialdan kənarlaşdırdılar - VİDEO

Dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Norveç millisi 5 qat dünya çempionunu 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Norveçin heyətində hər iki qolu Erlinq Haland vurub. Braziliyanın yeganə qoluna isə Neymar imza atıb.

Braziliya millisi matçın 12-ci dəqiqəsində hesabı açmaq üçün yaxşı imkan əldə etsə də, Bruno Qimaraeş penaltidən yararlana bilməyib. Norveç millisinin qapıçısı Orjan Nyulan onun zərbəsini dəf edib.

Bu nəticədən sonra Braziliya Norveç üzərində qələbə həsrətini davam etdirib. Komandalar indiyə qədər 5 dəfə qarşılaşıblar və Cənubi Amerika təmsilçisi bu oyunların heç birində qalib gələ bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti