Azərbaycan komandası Avropa Kubokunu 9 medalla başa vurdu

6 İyul 08:10 Cüdo 417
Azərbaycan komandası Avropa Kubokunu 9 medalla başa vurdu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Sportinfo.az xəbər verir ki, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kq) gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!