O, Azərbaycanda 4 futbolçudan biridir ki… - FOTO

20 Mart 2020 19:30 Şamaxı 817
O, Azərbaycanda 4 futbolçudan biridir ki… - FOTO

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasında 20 tur oynanılıb.

Sportinfo.az xəbər verir ki, arxada qalan müddətdə yalnız 4 futbolçu komandasının bütün oyunlarında forma geyinib.

Onlardan biri qapıçı, üçü sahə oyunçusudur. “Keşlə”nin qolkiperi Stanislav Namaşko mövsümün arxada qalan hissəsini əvəzolunmadan keçirən yeganə futbolçudur. Yalnız moldovalı legioner 1800 dəqiqə meydanda olub.

Bütün görüşlərdə iştirak edən digər üç futbolçu isə heç də həmişə 90 dəqiqə oynamayıb. Bunlar Namaşkonun komanda yoldaşı Vüsal İsgəndərli və “Səbail”in üzvləri Rahid Əmirquliyevlə Ürfan Abbasovdur.

Maraqlıdır ki, XX tur bu üç sahə oyunçusunun hər biri üçün cəzalı duruma düşməklə əlamətdar olub. Mövsümdə 4-cü dəfə sarı vərəqə alan oyunçular növbəti turu buraxmalı olacaq. Namaşko isə bütün turlarda oynamış yeganə oyunçuya çevriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı