Baş məşqçidən ÇARPICI İTTİHAM: "Bilirəm, oyunu "Neftçi"yə verdiz!"

9 Mart 2020 22:00 Şamaxı 1 852
Baş məşqçidən ÇARPICI İTTİHAM: "Bilirəm, oyunu "Neftçi"yə verdiz!"

Premyer Liqanın üçüncü dövrəsinin 6 turu arxada qalıb.

«Keşlə» qış fasiləsindən ötən bu müddət ərzində cəmi 7 xal toplayıb.

Sabiq «bankirlər» səfərdə «Qəbələ»yə, evdə «Zirə»yə qalib gəlib, Sumqayıtda 1 xala razılaşıb. Paytaxt təmsilçisi «Səbail» və «Neftçi»nin ardından son olaraq dünən «Qarabağ»a uduzub.

«Keşlə»də nikbinlik itib. Komandanın düşərgəsində qanqaralıq yaranıb. Tərlan Əhmədovla futbolçular arasında gərginlik mətbuat üçün yeni xəbər deyil.

Bu, həftələrdən bəridir medianın gündəmindədir və elə bir gün olmur ki, klub daxilindəki problemlərdən yazılmasın. Baş məşqçinin yaxın çevrəsi bu informasiyaları çox böyük həvəslə KİV-ə ötürür.

Niyə? Biz bu barədə yazacağıq. İndi isə Tərlan Əhmədovun dünən oyunsonrası mətbuat konfransında qeyri-sabit çıxışla bağlı qeydlərini xatırlayaq:

«Mən ikinci yeri tutacağımıza söz verməmişəm. Hədəfimiz mükafatçılar sırasına düşmək və avrokuboklara yollanmaqdır. Bacardığımız qədər xal qazanmaq və dördüncü pillədəki rəqiblə fərqi qorumaq istəyirik. Bizim tək istəyimiz avrokuboklara vəsiqədir. Bəlkə elə dördüncü yerlə avrokuboklara yollanacağıq».

Bu, sadəcə, quru vəd və sözdür. Qeyri-stabil nəticələr itkilərlə bağlıdır? Əsla! Problem futbolçuların baş məşqçiyə nifrət bəsləməsindədir. Buna zəmini isə Tərlan Əhmədov özü hazırlayıb.

Belə ki, o, «Neftçi»yə 1:3 hesabıyla uduzduqları matçdan sonra paltardəyişmə otağına gələrək, «bilirəm, oyunu verdiz» deyib və qəfildən oranı tərk edib. Komanda üzvləri söhbəti elə içəridəcə «bağlamayıb».

Növbəti günlərdə bunun mübahisə və müzakirəsi davam edib. Əhmədov «oyunu verdiz» söyləyərkən, kiləri nəzərdə tutmasını açıqlamayıb. O, həmin vaxt əsəbi olduğunu deyərək, yaxasını futbolçulardan qurtarmağa çalışıb.

Təbii ki, kollektiv üzvləri bu cavabla qane olmayıb və sakitləşməyib. Yenə də Zaur Axundovun üstünə şikayətə gediblər. Müşahidə Şurasının hörmətli sədri artıq hadisədən xəbərdar olduğunu və araşdırma aparacağını bildirərək,

Əhmədov üçün «ona baş qoşmayın, elə bilin ki, burada o adda adam yoxdur» ifadəsini işlədib.

Zaur bəyin toz-dumanı yatırmaq niyyəti ilə dilinə gətirdiyi bu sözlər kara gəldimi? Gedişatdan göründüyü kimi, xeyr.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti