TƏCİLİ İCLAS: Bakı klubu "casus" axtarışına çıxdı, siyahı hazrlandı

4 Mart 2020 13:12 Şamaxı 1 526
TƏCİLİ İCLAS: Bakı klubu "casus" axtarışına çıxdı, siyahı hazrlandı

Premyer Liqanın 19-cu turunda «Sumqayıt»la heç-heçə (2:2) edən «Keşlə»də iclas keçirilib.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Toplantıda komandanın üçüncü dövrədəki qeyri-sabit çıxışı ilə yanaşı, son günlər mətbuatda gedən xəbərlər də müzakirə olunub. Müşahidə Şurasının sədri Zaur Axundov Sumqayıtda itirilən 2 xala görə narazılığını dilə gətirib.

O, komandanın mütləq avrokuboklara vəsiqə qazanmalı olduğunu, bu cür nəticələrin isə onlara problem yaradacağını vurğulayıb. Axundov bu yolda hamının məsuliyyət daşıdığını söyləyib, baş məşqçi Tərlan Əhmədovdan cavabdehlik hissini itirməməsini tələb edib.

Sədr Sportinfo.az-da gedən xəbərlərə də münasibət bildirib. Klubun rəhbəri futbolçularla onun, həmçinin baş məşqçiylə aralarında olan söhbətlərin mətbuata sızmasından narahatlığını gizlətməyib.

«İçimizdə «casuslar» var» söyləyən hörmətli Zaur bəy düşərgədən məlumat ötürənlərin tapılıb üzə çıxarılmasına göstəriş verib. Onun tapşırığı ilə 3-4 nəfərlik siyahı hazırlanıb.

Tərlan Əhmədov iddia edib ki, futbolçularla münasibəti normaldır, klubdan mediaya xəbər sızdıranlar isə onu istəməyən bəzi rəsmilərdir. Baş məşqçi mətbuatda yayılan informasiyaların ona problemlər yaratdığını, bununla belə, komandanı nəzarəti altında saxlamağa çalışdığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti