"Azərbaycan klubları "Qarabağ"la sanki onları qoruyaraq oynayır"

29 Mart 2024 21:32 Kəpəz 1 830
"Azərbaycan klubları "Qarabağ"la sanki onları qoruyaraq oynayır"

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 28-ci turunun "Qarabağ"la matçından sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının 1:6 hesablı məğlubiyyətini şərh edib.

Həmçinin Ağdam klubunun çempionluğu haqda da danışıb:

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik. Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdır. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu artıq sondur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş