Transfer çalışmalarını davam etdirən "Kəpəz", xəbər verdiyimiz kimi, dünən daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Orxan Əliyev Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Hücumçu son olaraq "Araz Naxçıvan"da forma geyinib.
Ötən mövsüm Premyer Liqa da 9 qol vuran 28 yaşlı oyunçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.
Forvardın köhnə-yeni klubunda nə qədər pul qazanacağı da məlumdur. Qərblilər ona 4000 manat əməkhaqqı ödəyəcək.
Bu isə "Araz Naxçıvan"da aldığı məvacibdən 500 manat çoxdur.
SPORTİNFO.AZ

