Berdiyev yeni tapşırıq verdi – Mənə təcili onu tapın!

3 Avqust 2024 15:00 Kəpəz 8 143
Berdiyev yeni tapşırıq verdi – Mənə təcili onu tapın!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev klub rəsmilərinə yeni tapşırıq verib.

Rusiyalı çalışdırıcı ona səriştəli və təcrübəli tərcüməçinin tapılmasını istəyib.

Tanınmış mütəxəssisin sərəncamında görməyi arzuladığı həmin tərcüməçi bir neçə dildə danışmağı bacarmalıdır.

Bura rus, ingilis, ispan və portuqalca bilənlər daxildir.

72 yaşlı sükançı bildirib ki, müxtəlif ölkələrin təmsilçiləri komandada üstünlük təşkil etdiyi üçün poliqlotun işə cəlb olunması mütləqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq