“Kəpəz” millinin sabiq müdafiəçisinə görə “Sabah”ın qapısını döydü

20 İyul 2024 21:20 Kəpəz 2 144
“Kəpəz” millinin sabiq müdafiəçisinə görə “Sabah”ın qapısını döydü

“Kəpəz” müdafiənin sol cinahında yaranmış boşluğu doldurmağa çalışır.

Baş məşqçi Adil Şükürov klub rəhbərliyindən Camal Cəfərova görə “Sabah”a müraciət olunmasını istəyib.

Məsələ ilə bağlı “tələbələr”ə məktub ünvanlansa da, hələ ki, razılıq əldə olunmayıb.

Şükürov ötən mövsüm olduğu kimi, Cəfərovun yenidən icarəyə götürülməsinə də razıdır. Təki komandaya tez qoşulsun, yeni mövsüm başlayana qədər hazırlıqlarda iştirak etsin.

U-21-in sabiq üzvü ötən mövsümün ikinci yarısında formasını geyindiyi “Kəpəz”də meydana çıxdığı 11 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti