Kamran İbrahimov "Kəpəz"dən narazı ayrılıb.
Buna səbəb baş məşqçi Adil Şükürovdan gördüyü münasibət olub.
Belə ki, klubla qapıçı arasında danışıqlar müsbət yekunlaşıb. Onunla bütün detallarda razılıq əldə olunub.
İbrahimov müqavilə imzalamaq üçün Gəncəyə yola düşüb.
Hətta həmin günü məşqə çıxmalı imiş.
Lakin Şükürovdan onu şok edəcək cavab gəlib.
Bölgə klubunun baş məşqçisi Kamrana bildirib ki, sən mənə lazım deyilsən.
Gənclər millimizin sabiq üzvü gözləmədiyi cavabdan sonra kor-peşman Bakıya qayıtmalı olub.
25 yaşlı oyunçu 2022-ci ilin yayından qərb təmsilçisinin formasını geyinirdi.
"Neftçi"nin yetirməsi arxada qalan müddətdə bölgə klubunun heyətində 14 matçda forma geyinib.
SPORTİNFO.AZ

