
Hazırlıqlarını doğma Gəncədə davam edən “Kəpəz” daha bir oyun keçirəcək.
Gəncə təmsilçisi Qəbələdə təlim-məşq toplanışı keçəcək “Al Yarmuk” kollektivi ilə üz-üzə gələcək.
Küveyt komandası ilə sınaq matçının dəqiq tarixi bilinməsə də, görüşün iyulun 20-dən sonra baş tutacağı dəqiqdir.
“Kəpəz” yay hazırlıq dönəmində “Turan Tovuz”la qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv iyulun 15-də Qəbələdə “Şamaxı” ilə qarşılaşacaq. Oyun saat 17:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ