COP29

Paytaxtdan dəvət gəldi, bölgə klubuna üz çevirdi

23 İyun 23:20 Kəpəz 1 432
Paytaxtdan dəvət gəldi, bölgə klubuna üz çevirdi

"Neftçi"nin yarımmüdafiəçisi Turan Vəlizadə "Araz Naxçıvan"la anlaşıb.

Son mövsüm gününü əvəzedici komandada keçirən orta sahə oyunçusunun "Kəpəz"ə keçidi isə son anda baş tutmayıb.

23 yaşlı futbolçu bölgə klubu ilə bütün detallarda razılığa gəlibmiş.

Amma son anda paytaxtda məskunlaşan Naxçıvan təmsilçisindən gələn dəvət Vəlizadənin fikirlərini qarışdırıb.

O, vədinə əks getmək bahasına olsa belə, "Kəpəz"dən imtina edib.

Halbuki hər iki klubun da ona təklif etdiyi maaş eyni olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!