"Kəpəz" ev oyunlarını bu rayonda keçirəcək - SON DƏQİQƏ

26 Fevral 2024 16:20 Kəpəz 3 153
"Kəpəz" ev oyunlarını bu rayonda keçirəcək -  SON DƏQİQƏ

"Kəpəz"də ev oyunları ilə bağlı yeni qərar verilib.

Gəncə klubu Premyer Liqanın 26-cı turundan etibarən rəqiblərini yenidən Tovuz şəhər stadionunda qəbul edəcək.

Qərb təmsilçisi mövsümün gedişində də Tovuzdakı arenanın xidmətindən istifadə edib.

Amma qış fasiləsindən sonra Qəbələ şəhər stadionuna köç etməli olmuşdu.

Buna səbəb Tovuz şəhər stadionunda işıq dirəyinin güclü külək səbəbindən aşması idi.

Ümumiyyətlə isə Gəncə şəhər stadionunda aparılan yenidənqurma işlərinə görə "Kəpəz" doğma şəhərdə rəqiblərini qəbul edə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var