Necə “dirildilər”? - Bu suala konkret cavab verdi

12 Fevral 15:00 Kəpəz 667
Necə “dirildilər”? - Bu suala konkret cavab verdi

“Kəpəz”də üzlər gülür.

Azər Məmmədovun baş məşqçiliyi dönəmində sonuncu pillədən qurtula bilməyən bölgə təmsilçisinin ağ günə çıxdığını deyə bilərik.

Gəncəlilər ilk 13 matçda aktivinə cəmi 9 xal yazdırmağı bacarmışdısa, Adil Şükürovun gəlişindən sonra 8 qarşılaşmadan 11 xalla ayrılmağı bacarıb.

Qərb təmsilçisi sonuncu pillədə yer alan “Qəbələ”ni 5 xal qabaqlayır, 8-ci pillədəki “Turan Tovuz”dan cəmi 6 xal geri qalır. Uğurlu çıxış davam etsə, “Kəpəz”in üst pillələrə yüksəlməsi qaçılmaz olacaq.

Komandanın aparıcı futbolçularından olan Olavale Onanuqa “sarı-göylər”in yüksələn qrafikdə irəliləməsi haqda Sportinfo.az-a danışıb:

“Səmimi deyim, öncəki baş məşqçi və məşqçilər heyəti də yaxşıydı. Komandanın uğur qazanması üçün gecə-gündüz çalışırdılar.

Sanki nəsə alınmırdı. Bu komandanı da həmin məşqçilər yığmışdı.

Yenə də həmin komandadır, həmin futbolçulardır. Yəqin ki, “Araz-Naxçıvan”ı səfərdə məğlub edəndən sonra komandada özünəinam yarandı.

Hər məşqçinin özünəməxsus futbol fəlsəfəsi var. Adil Şükürov bizə lazım olan taspşırıqları verir,.

Biz də meydanda onları icra etməyə çalışırıq. Fikrimcə, zamanla daha yaxşı olacaq”.

“Kəpəz” Premyer Liqanın 22-ci turunda “Səbail”i qəbul edəcək. Bu gün keçiriləcək oyun saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti