"Pislik özünüzə qalacaq" - "Kəpəz"də problem yarandı, fanatlar dəstəyə qalxdı

1 Aprel 2023 14:00 Kəpəz 1 392
"Pislik özünüzə qalacaq" - "Kəpəz"də problem yarandı, fanatlar dəstəyə qalxdı

"Kəpəz" "Səbail"lə oyun öncəsi problemlə üzləşib.

Belə ki, son iki ayın maaşının verilməməsi düşərgədə ab-havanı korlayıb. Elə-belə yerə deməyiblər ki, futbolçuya nə cəza verirsən ver, bircə onun pulunu kəsmə.

Amma belə məqamda sadiq fanatlar yenə sinəsini qabağa verib.

Söhbət klubun ən böyük azarkeş qrupu olan "Xəmsə"dən gedir.

Fanat qrupu öz sosial şəbəkə hesabından həm futbolçulara səslənib dəstək olublar, həm də maaşların gecikdirilməsinə səbəb olan şəxsləri hədəf alıblar.

Azarkeşlərlə birgə çəkilən fotoya bu sözlər yazılıb: "Bu komanda, bu uşaqlar sabah 90 dəqiqə çiyin-çiyinə, qarşılarına qoyulan bütün şərəfsizlikləri əzərək keçəcək.

Pisliyiniz özünüzə qalacaq!!!

Biz inanırıq!!!".

İndi qalır futbolçuların 90 dəqiqə onlara inanan fanatların ümidlərini doğrultmaq.

"Kəpəz" - "Səbail" qarşılaşması bu gün saat 15:30-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti