
Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" "Qarabağ"ı qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb.
49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.
Xallarının sayını 57-yə çatdıran "köhlən atlar" liderdir. 14 xala malik Gəncə klubu 9-cu pilləyə yüksəlib.