AFFA-dan göstəriş: Baş məşqçinin istəmədiyi hücumçunu klubda saxlayın

23 Noyabr 2022 16:00 Kəpəz 1 498
AFFA-dan göstəriş: Baş məşqçinin istəmədiyi hücumçunu klubda saxlayın

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçisi Tərlan Əhmədovun tələbini geri çevirib.

Sentyabrda Yaşar Vahabzadənin yerinə gəlmiş mütəxəssis xidmətindən imtina etdiyi Rauf Əliyevin ümumiyyətlə buradan uzaqlaşdırılmasını istəmişdi.

O, 2 aya yaxındır əsas komandadan kənarlaşdırdığı hücumçunun əvəzedici heyətdə meydana çıxmasına qarşıdır.

I Divizionda vurduğu qollarla son vaxtlar tez-tez gündəmə gələn forvardın onun haqda mətbuata verdiyi açıqlamalar Əhmədovu hiddətləndirən əsas səbəbdir.

Belə ki, millinin sabiq üzvü adıçəkilən baş məşqçinin onunla bağlı qərarını sərt tənqid edib, yanlışları üzünə vurub, barəsində «o, kimdir ki…» ifadəsini işlədib.

Əliyev «Kəpəz»in ən ödənişli futbolçularından biridir. Mövsümlərarası fasilədə "Səbail"dən bura gələn və birillik müqaviləyə qol çəkən forvardın aylıq qazancı 5000-5500 manat civarındadır.

Məşqdə komanda yoldaşı ilə yaşadığı mübahisəyə görə Əhmədovun qəzəbinə tuş gələn hücumçu müqaviləni ikitərəfli qaydada pozmaqla bağlı təklifi qəbul etməyib.

İlqar Nadirinin baş məşqçinin sözüylə Rauf Əliyevi buradan göndərməyə gücü çatmır. Bunu sədrin özü də etiraf edib.

Tərlan Əhmədovun diqqətinə çatdırıb ki, yığmanın sabiq hücumçusunun «Kəpəz»də saxlanılmasına dair AFFA-dan göstəriş gəlib və o, heç bir halda federasiyanın tapşırığından kənara çıxa bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti