Braziliyanın D Seriyasından Azərbaycan klubuna gəldi

31 İyul 2024 00:30 Kəpəz 1 857
Braziliyanın D Seriyasından Azərbaycan klubuna gəldi

"Kəpəz" daha bir transferi reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.

Braziliyalı ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır.

23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.

"Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO